Sarri: "Napoli futbolçularının hamısını saxlaya bilməyəcək"


İdman 21 May 2018 15:27:00 266 0

Sarri: "Napoli futbolçularının hamısını saxlaya bilməyəcək"

Napoli-nin baş məşqçisi Maurisio Sarri yayda iş yerini dəyişmək ehtimalına toxunub. Goal.az xəbər verir ki, təcrübəli mütəxəsis bunları deyib:

"Həyatda hər şeyin sonu var. Bəzən hər şey yaxşı olanda macəranı başa vurmaq lazımdır. Bura gəldiyim ilk mövsümdə komanda liderdən 24 xal geri qalmışdı. İndi bizimlə Juventus arasında 4 xal fərqi var. İnanılmaz macəra idi. Amma məqsədimizə nail ola bilmədik. Azarkeşlərə təşəkkür edirəm. Nə olacağını bilməsəm də, onlar həmişə qəlbimdə qalacaq.

Vəziyyət sadə deyil. Komandanın indiki görkəmdə olub-olmayacağını da bilmirəm. Bir sıra futbolçuların müqaviləsində buraxılış qiyməti var, böyük klublardan təklif alıblar. Əmin deyiləm ki, Napoli onların hamısını saxlaya bilsin. Mən özüm indi başqa italyan klubunda işləyə bilmərəm. Napoli xatirələrim çox güclüdür".