Poçta oğurluğa gəldi


Kriminal 21 May 2018 15:05:00 258 0

Poçta oğurluğa gəldi

Cəlilabad Rayon Polis Şöbəsinə mayın 19-na keçən gecə Göytəpə şəhəri ərazisindəki poçt şöbələrinin birindən 17 ədəd videoqəbuledici, 2 ədəd skaner aparatı, 1 ədəd elektrik tənzimləyicisi və dəftərxana ləvazimatlarının oğurlanması barədə müraciət daxil olub.

DİN-dən Son.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və oğurluğu törətməkdə şübhəli bilinən şəxs qısa müddətdə müəyyən edilib. Görülmüş tədbirlərlə saxlanılan şəxsin Göytəpə şəhər sakini Məhəmməd Nurullayev olduğu müəyyən edilib.