Novruz Məmmədov Serbiya Prezidenti ilə birgə işçi nahar edib


Siyasət 21 May 2018 14:54:47 217 0

Novruz Məmmədov Serbiya Prezidenti ilə birgə işçi nahar edib

Münasibətlərin, o cümlədən iqtisadi sahədə əməkdaşlığın perspektivləri haqqında fikir mübadiləsi aparılıb

Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov və ölkəmizdə rəsmi səfərdə olan Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiç mayın 21-də birgə işçi nahar ediblər.

"Report"xəbər verir ki, səmimi söhbət zamanı Azərbaycan ilə Serbiya arasında münasibətlərin, o cümlədən iqtisadi sahədə əməkdaşlığın perspektivləri haqqında fikir mübadiləsi aparılıb.