114 dövlət əmlakı özəlləşdirilir - VAXT açıqlandı


Digərləri 21 May 2018 13:51:00 220 0

114 dövlət əmlakı özəlləşdirilir - VAXT açıqlandı

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 20 iyun tarixində növbəti hərrac keçiriləcək.

Bakı. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 20 iyun tarixində növbəti hərrac keçiriləcək. Komitədən Trend-ə verilən məlumata görə, investorlar seçimini 114 dövlət əmlakı üzrə aparacaqlar. Bunlardan 19-u səhmdar cəmiyyətləri, 38-i kiçik dövlət müəssisə və obyekti, 48-i istifadəsiz qeyri-yaşayış sahəsi, 9-u isə nəqliyyat vasitəsidir. Hərraca çıxarılan səhmdar cəmiyyətlərinin 10-u sənaye, 6-sı tikinti, 3-ü təmir sahəsinə aiddir. Həmin səhmdar cəmiyyətləri paytaxtla yanaşı, Sumqayıt, Bərdə, Beyləqan, Goranboy və digər bölgələrdə yerləşir. Məişət, iaşə, qida, toxuculuq sahəsində öz biznes fəaliyyətini qurmaq istəyənlər üçün kifayət qədər əmlaklar var. Eyni zamanda alıcılar təmir, sənaye, nəqliyyat sahəsinə aid olan kiçik dövlət müəssisəsi və obyektlərini özəlləşdirmək imkanına malikdir. Bu əmlaklar paytaxtla yanaşı Gəncə, Daşkəsən, İmişli, Beyləqan, Şirvan və digər şəhər və rayonlarda yerləşir.