İkardi: "İnter-də qalmağa şad olardım"


İdman 21 May 2018 13:50:00 301 0

İkardi: "İnter-də qalmağa şad olardım"

İtaliya A Seriyasının 38-ci turunda Lazio-nu 3:2 məğlub edən İnter bir neçə illik fasilədən sonra Çempionlar Liqasına vəsiqə qazanıb. Goal.az xəbər verir ki, matçdan sonrakı açıqlamasında komandanın əsas qol silahı Mauro İkardi bunları deyib:

"İnter üçün əsas məsələ Çempionlar Liqasına qayıtmaqdır. Lazio-nun mövsüm boyu nə qədər yaxşı oynadığı ortada idi. Qarşıya qoyulan tapşırıq çətin olsa da, gücümüzə inanırdıq. Gələcəyimi müzakirə etmək üçün 2 ay var. Məqsədim bu klubla Çempionlar Liqasında yaxşı çıxış etməkdir. İnter-də qalmağa şad olardım. Mən və ailəm Milanda xoşbəxtdir".

İtaliya A Seriyasının geridə qalan mövsümündə 25 yaşlı forvard 34 oyunda meydana çıxıb və 29 qol vurub.