“Dedi orada ölmək istəyirəm”


Kriminal 21 May 2018 13:31:47 367 0

“Dedi orada ölmək istəyirəm”

Səhhəti ağırlaşan tanınmış şair Musa Yaqub xəstəliklə mübarizə aparır.

Son.az xəbər verir ki, yenicag.az-a açıqlama verən şairin qızı Yaqut atasının artıq yeriyə bilmədiyini deyib:

"Atam əvvəllər ürəyindən müalicə alırdı, təngnəfəslik ona əziyyət verirdi. Amma indi təngnəfəsliyi aradan qalxıb, "Parkinson" xəstəliyindən əziyyət çəkir. Dərmanlarını dünən xarici ölkədən gətizdirdik, amma hələ də vəziyyəti yaxşı deyil. Xəstəlik çox irəliləyib, atam yeriyə bilmir. Hər zaman çöldə-bayırda olan şair üçün yatağa məhkum olmaq çox ağırdır. Danışığında da problemlər var. Amma bununla belə yaddaşı üstündədir. Dünən mənə dedi ki, gündəliyimi gətir, bir şeir deyəcəm, onu yazarsan. "Buynuz qəbiristanlığı" adlı elə gözəl şeir dedi, təəssüf ki, onu yazmağa macalım olmadı".