Tək oğul övladlarına hərbi xidmətdən güzəşt hüququ tanına bilərmi?


Digərləri 21 May 2018 13:21:00 231 0

Tək oğul övladlarına hərbi xidmətdən güzəşt hüququ tanına bilərmi?

Ailələrin tək oğul övladlarının həqiqi hərbi xidmətə çağırılması və ya onların ön cəbhəyə göndərilməsi məsələsi son günlər yenidən ciddi şəkildə gündəmə gəlib.

Qeyd edək ki, bu məsələ zaman-zaman həm cəmiyyətin, həm də siyasi kəsimin - parlamentarilərin gündəmində olub və məsələyə baxışda fikirlər, rəylər haçalanıb, ikiyə bölünüb.

Bir qisim ailənin tək oğul övladlarının həqiqi hərbi xidmətə çağırılmasının və ya cəbhənin ön hissəsinə göndərilməsinin əleyhinə çıxıb, bunun ailənin varisliyinə, nəslin davamlılığına mənfi təsirini qabardıblar.

Digər bir qisim isə bu arqumentlərinin hamısının əleyhinə çıxaraq, tək və ya bir neçə oğul övlad olmasından asılı olmayaraq, hər bir kəsin hərbi xidmət etməsinin gərəkdiyini dilə gətirib və qeyd ediblər ki, müharibə vəziyyətində olduğumuz üçün bu məsələ, ümumiyyətlə, gündəmə gətirilməməlidir.

Konkret olaraq, bir neçə il öncə bununla bağlı məsələ parlamentdə gündəmə gələndə, hazırda birinci vitse-spiker və MM-in müvafiq komitəsinin sədri olan Ziyafət Əsgərov güzəşt hüququnun əleyhinə çıxmışdı.

O, həmin vaxtlar hakim Yeni Azərbaycan Partiyasından (YAP) olan millət vəkili və AzTV-nin keçmiş sədri Nizami Xudiyevin bu məsələ ilə bağlı fikrinə kəskin şəkildə qarşı çıxmışdı. Bu yöndə misalları artırmaq olar, amma...

Bəs, görəsən, bu məsələnin yaxın gələcəkdə müzakirəyə çıxarılması, hərbi xidmətlə bağlı qanunvericiliyə düzəliş edilməsi, tək oğul övladlarının həqiqi hərbi xidmətə çağrılmaması və ya çağırıldıqları halda, cəbhənin ön xəttinə göndərilməməsi məsələ mümkün ola, reallaşa bilərmi?

Aydın Mirzəzadə: Bu gün ailələrdə tək oğlan övladı faktoru var

Son.az xəbər verir ki, Milli Məclisin (MM) Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə oxu.az-a açıqlamasında  bu məsələnin ağrılı olduğunu desə də, onun reallığa çevrilməsini indiki məqamda mümkünsüz hesab edir:

"Bilirsiniz, iş burasındadır ki, bu gün Azərbaycan ailələrinin böyük əksəriyyətində iki uşaq var.

Düzdür, bununla bağlı dəqiq statistikanı bilmirəm, amma ailələrdə ya tək oğul övladı, ya da bir qız, bir oğul övladıdır.

Bildiyiniz kimi, bu gün müharibə vəziyyətindəyik, əgər ailələrin tək oğul övladlarını hərbi xidmətə çağırmasaq, onlara güzəşt hüququ versək, orduda, ön cəbhədə resursumuz çatışmayacaq.

Yenə deyirəm, bu gün ailələrdə tək oğul övladı faktoru var, bu,reallıqdır və bu baxımdan, onların hərbi xidmətə çağırılmaması hələlik real görünmür.

Eyni zamanda, hər bir şəhid xəbəri, hər bir itki ürəyimizi ağrıdır, sızladır. İstəyirik ki, şəhid olmasın, itki olmasın, ailələlər övladsız, gözüyaşlı qalmasın. Bu günlərdə daha bir gəncimiz şəhid oldu, Adil Tatarovu itirdik.

Onun itkisi böyük ağrı kimi hamımızın qəlbini sızlatdı. Ailəsinə başsağlığı verir, səbr diləyirəm, "Başın sağ olsun, vətən!" deyirəm".

Jalə Əliyeva: Ailələrin tək oğul övladları hərbi xidmətə çağırılanda və ya cəbhənin ən qaynar hissəsinə göndəriləndə çox ciddi narahatlıqlar, sarsıntılar yaşanır

Millət vəkili Jalə Əliyeva bu məsələnin düşündürücü, narahatedici və ağrılı olduğunu deyib: