Kiyev Çempionlar Liqasına ciddi hazırlaşır


İdman 21 May 2018 13:14:00 240 0

Kiyev Çempionlar Liqasına ciddi hazırlaşır

Kiyev şəhəri Çempionlar Liqasının finalında baş tutacaq Real - Liverpool matçına ciddi hazırlaşır. Goal.az xəbər verir ki, mayın 26-sı keçiriləcək oyundan öncə polis gücləndirilmiş iş rejimində çalışacaq. Şəhərdə asayişi təmin etmək üçün təhlükəsizlik orqanları 10 min nəfər ayıracaq. Polisdən başqa Ukrayna milli Qvardiyasının əsgərləri və Fövqəladə hallar üzrə Dövlət Xidmətinin əməkdaşları da azarkeşlərin iğtişaş törətməməsinə nəzarət edəcəklər.

Real və Liverpool-un yerləşəcəyi otellərin ətrafında UEFA təhlükəsizlik xidməti və Ukrayna milli polis dəstələri olacaq. Finalın baş tutacağı "Olimpiyski" stadionun ətrafında əlavə müşahidə kameraları quraşdırılacaq. Oyunu izləmək üçün Kiyevə 50 mindən çox turistin gəlməsi gözlənilir. Şəhərin hava limanlarında azarkeşlərin rahat hərəkəti üçün əlavə dəhlizlər açılacaq.