Meyitləri tapılan alpinistlərlə bağlı ilkin ekspertiza RƏYİ:


Digərləri 21 May 2018 13:08:37 253 0

Meyitləri tapılan alpinistlərlə bağlı ilkin ekspertiza RƏYİ:

Qubada meyitləri tapılan alpinistlərlər üzərində aparılan ilkin müayinələrin nəticələri açıqlanıb.

Son.az xəbər verir ki, Səhiyyə Nazirliyindən Trend-ə özəl olaraq bildirilib ki, ilkin baxış zamanı meyitlərin üzərində heç bir travma - sınıq, xəsarət və travma izi aşkar edilməyib.

Hazırda meyitlərlə bağlı Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Bakı şəhərində yerləşən laborator şöbələrində müayinələr aparılır. Müayinələr başa çatdıqdan sonra müvafiq rəy tərtib ediləcək və nəticələr Quba rayon Prokurorluğuna təqdim ediləcək.

Alpinistlərin dəqiq ölüm səbəbləri isə müayinələr başa çatdıqdan sonra məlum olacaq.