Bu, sosial ədalət prinsipinə uyğun deyil


Digərləri 21 May 2018 12:57:00 209 0

Bu, sosial ədalət prinsipinə uyğun deyil

Sosial mənzillərin satışı ilə bağlı mayın 7-də keçirilmiş seçim mərhələsinin nəticələri ləğv edildikdən sonra seçim meyarlarının təkmilləşdirilməsi və yeni mexanizmlərinin tətbiqi daha da aktuallaşıb.

Son.az xəbər verir ki, bunu tanınmış iqtisadçı-ekspert, İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) sədri Vüqar Bayramov bildirib.

Ekspertin fikrincə, güzəştli mənzil seçimində "first-come, first-served" prinsipi seçimdə ədalətin təmin edilməsi üçün yetərli deyil: "Belə görsənir ki, kompüterdə daha cəld işləyə bilənlər ev seçimində daha çox üstünlüyə malikdir. Halbuki, bu yanaşma sosial meyar deyil, daha çox texniki vərdişlərlə bağlıdır və güzəştli mənzil seçimində sosial mexanizimlərinin tətbiqinə ehtiyac var.

Təssəvür edin ki, həyat yoldaşını itirmiş və himayəsində uşaqlar olan xanım kompüterdən cəld istifadə edə bilmədiyinə görə sosial evə sahib olmaqdan mərhum olur. Bu, təbii ki, sosial ədalət prinsipinə uyğun deyil".