Sumqayıtda fəhlə faciəvi şəkildə öldü


Digərləri 21 May 2018 12:48:00 204 0

Sumqayıtda fəhlə faciəvi şəkildə öldü

Sumqayıt şəhərində fəhlə işlədiyi binadan yıxılaraq ölüb.

Son.az report-a istinadən xəbər verir ki, hadisə şəhər ərazisində yeni tikililərin birində baş verib.

Belə ki, təxminən 45-50 yaşlarında kişi, işlədiyi binanın ikinci mərtəbəsindən yıxılaraq ölüb. Hazırda onun kimliyi müəyyənləşdirilir.

Faktla bağlı araşdırma aparılır.