Nar abunəçiləri həftə sonlarında pulsuz danışır


Digərləri 21 May 2018 12:42:18 250 0

Nar abunəçiləri həftə sonlarında pulsuz danışır

“Nar”ın yeni “Pulsuz həftəsonu” kampaniyası sayəsində artıq bütün Nar abunəçiləri həftənin şənbə və bazar günləri öz aralarında pulsuz danışa bilər.

Bakı. “Nar”ın yeni “Pulsuz həftəsonu” kampaniyası sayəsində artıq bütün Nar abunəçiləri həftənin şənbə və bazar günləri öz aralarında pulsuz danışa bilər. Şirkətdən Trend-ə verilən məlumata görə, kampaniyaya qoşulmaq üçün 777 qısa nömrəsinə SMS-lə “heftosunu” yazıb göndərmək kifayətdir. Kampaniyadan istifadə etmək tamamilə ödənişsizdir. Qeyd edək ki, həftə sonlarında pulsuz danışıq imkanından yararlanmaq üçün həftə içi günlərində (bazar ertəsindən cümə gününə kimi) Nar nömrəsi 2 AZN məbləğində balans istifadə etməlidir. Həftə ərzində bütün istiqamətdə zənglərə, SMS-ə, mobil internetə və həmçinin Turbo paketlərinə sərf olunan məbləğlər hesaba alınır və 2 AZN-dən çox olduğu halda, həftə sonlarında şəbəkədaxili zəng xidməti pulsuz təqdim edilir. Şənbə və bazar günlərində təqdim olunan pulsuz zənglərin həcmi 500 dəqiqə olaraq müəyyən olunub.