Ölümcül virus qayıtdı


Dünya 21 May 2018 11:52:49 334 0

Ölümcül virus qayıtdı

Konqo Demokratik Respublikasında Ebola virusunun yenidən baş qaldırması nəticəsində bu ölümcül mərəzdən ölənlərin sayı 26 nəfərə atıb.

Diaqnozları ölkənin Səhiyyə Nazirliyində təsdiqlənən yoxulanların sayı isə 21 nəfərdir. Daha 21 nəfərin Ebola virusuna yoluxma ehtimalı həddən ziyadə yüksəkdir.

Son.az ABC-yə istinadən bildirir ki, Konqonun şimal-qərbindəki İboko şəhərində 4, böyük Mbandaka şəhərində isə 5 nəfərin Ebolaya yoluxduğu təsdiqlənib.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Mbandaka şəhərinin inkişaf etmiş infrastruktura malik olması, habelə şəhərdən çay axmasını nəzərə alaraq virusun Konqonun başqa regionlarına yayılma riskinin böyük olduğunu bəyan edib.

Bu gün Konqoda vətəndaşların Ebola virusuna qarşı kütləvi peyvəndlənməsi kampaniyası başlanacaq. Mbandaka şəhərinə artıq 4 min doza peyvənd gətirilib.


Xəbərə aid fotolar