Bakıda tələbə oğlan intihar etdi


Digərləri 21 May 2018 11:58:00 244 0

Bakıda tələbə oğlan intihar etdi

Bakıda intihar edən gəncin tələbə olduğu məlum olub.

Son.az report-a istinadən xəbər verir ki, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təhsil alan 1996-cı il təvəllüdlü Ramiz Şahmalıyev özünü asıb.

Hadisə Sabunçu rayonu, Nardaran qəsəbəsində baş verib.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, intiharın səbəbləri araşdırılır.

Qeyd edək ki, R.Şahmalıyev dördüncü kurs tələbəsi olub.