Fenerbahçe-nın baş məşqçisi istefa verdi


İdman 21 May 2018 12:00:00 296 0

Fenerbahçe-nın baş məşqçisi istefa verdi

Aykut Kocaman Türkiyənin Fenerbahçe futbol komandasının baş məşqçi postundan ayrılıb.

Goal.az xəbər verir ki, 53 yaşlı mütəxəssis qərarını Konyaspor-a 3:2 hesabı ilə qalib gəldikləri Superliqanın XXXIV tur matçının ardından futbolçulara açıqlayıb. O bildirib ki, növbəti mövsüm komandada qalıb-qalmayacağı qeyri-müəyyəndir.

Kocaman qərarını bu həftə kluba təqdim edəcək. Yeni rəhbərlik onunla yola davam etmək istəsə, o, işini davam etdirəcək.

Qeyd edək ki, Aykut Kocaman Fenerbahçe-da ilk dəfə 2010 - 2013-cü illərdə baş məşqçi olub. O, ikinci dəfə 2017-ci ilin iyununda komandanın sükanı arxasına keçib. Kocamanın rəhbərliyi altında "Fener" çempionatı gümüş medalla başa vuraraq, Çempionlar Liqasına vəsiqə qazanıb.