Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi ötən ili 100 mln. manat xalis mənfəətlə başa vurub


İqtisadiyyat 21 May 2018 11:47:53 311 0

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi ötən ili 100 mln. manat xalis mənfəətlə başa vurub

Səhmdar cəmiyyətin aktivləri 1 mlrd. manatı ötüb

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin aktivləri bu il yanvarın 1-nə 1 030,151mln. manat təşkil edib.

“Report” Gəmiçiliyin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 12,25% çoxdur.

Ötən il müəssisənin uzunmüddətli aktivləri 14,75% artaraq 767,44 mln. manata, cari aktivləri isə 12,8% artaraq 262,711 mln. manata çatıb.

Hesabat dövründə səhmdar cəmiyyətin öhdəlikləri 13,1% artaraq 106,611mln. manat, o cümlədən uzunmüddətli öhdəlikləri 8% azalaraq 32,001 mln. manat, cari öhdəlikləri isə 25,4% artaraq 74,61 mln. manat olub.

İl ərzində Gəmiçiliyin cəmi kapitalı 14,4% artaraq 923,54 mln. manata çatıb, nizamnamə kapitalı isə dəyişməyərək440,051 mln. manat olub.

2017-ci ildə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin gəlirləri 474,305 mln. manat (2016-cı ilə nisbətən 4,3% çox), satışlarının maya dəyəri 265,101 mln. manat (0,6% az), ümumi və inzibati xərcləri 52,12 mln. manat (14,5% az), sosial xərcləri 5,103 mln. manat (26,6% çox), digər əməliyyat gəlirləri 44,39 mln. manat (2,4% az), digər əməliyyat xərcləri 52,105 mln. manat (2,85 dəfə çox), əsas vəsaitlərin silinməsindən zərəri 837 min manat (37,8% az), məzənnə fərqindən zərəri 3,888 mln. manat (əvvəlki il gəlir olub), maliyyə xərcləri 1,41 mln. manat (11,65% az), mənfəət vergisi xərci isə 38 mln. manat (5,4% az) təşkil edib. Son nəticədə səhmdar cəmiyyəti ötən ili 100,131 mln. manat xalis mənfəətlə başa vurub. Bu isə əvvəlki ilə nisbətən 7,5% azdır.