"Azmeat": İran kimi ərzaq məsələsinə ehtiyatlı yanaşan dövlət ölkəsinə idxal edilən ətin müəssisəmizdə kəsilməsinə lisenziya verib - VİDEO


İqtisadiyyat 21 May 2018 11:30:44 301 0

"Azmeat": İran kimi ərzaq məsələsinə ehtiyatlı yanaşan dövlət ölkəsinə idxal edilən ətin müəssisəmizdə kəsilməsinə lisenziya verib - VİDEO

"Report" ət istehsalı ilə məşğul olan şirkətin iş rejimi ilə maraqlanıb

"Təmizlik bütün gigiyenik qaydaların əsasıdır".

Bunu "Report"a açıqlamasında Azərbaycanın ət istehsalçısı -"Azmeat Production" MMC-nın baş mütəxəssisi Beyrək İsmayılov deyib.

"Peşəkarlıq və məsuliyyət birləşəndə gözəl işlər ərsəyə gəlir. Bu səbəbdən İran kimi ərzaq məsələsinə diqqətli və ehtiyatlı yanaşan dövlət bizə ixrac üçün lisenziya verib və ölkəsinə Azərbaycandan ət məhsullarının idxalına imkan yaradıb. Bu uğuru daha da irəliyə aparmaq üçün şirkətin əməkdaşları daim öz üzərilərində işləyirlər. Kəsim İslam qaydalarına uyğun şəkildə aparılır", - o qeyd edib.

Mütəxəssisin sözlərinə görə, o da daxil olmaqla bütün işçilər səhər saat 7-də işə gələndə, ilk növbədə, yuyulmuş və dezinfeksiya edilmiş paltarlar geyinir: "Bundan sonra isə dizbaryer aparatından keçirik. Hər gün xüsusi qaydada bütün avadanlıqlar təmizlənir və dezinfeksiya edilir".

Bundan başqa,müəssisədəheyvanlar kəsilməzdən öncə mütləq baytar həkimininmüayinəsindən keçir. "İribunuzlu heyvanlarla yanaşı, xırdabuynuzlu heyvanların da gündəlik kəsimi həyata keçirilir. Həkim heyvanı kəsim üçün münasib hesab etdikdən sonra işə başlanılır. Gətirilmiş hər bir heyvan karantin müddətinə uyğun olaraq bir gün saxlanılır. Ondan qan analizləri götürülür. Bundan sonra, kəsimə icazə verilir. İş günü qurtardıqdan sonra bütün geyimlərimiz və avadanlıqlarımız, kəsim yerimiz tam təmizlənir. Avadanlıqlar xüsusi qidaya uyğun məhlulla yuyulur və dezinfeksiya olunur. Bu, həm iş prosesində, həm də işdən sonra edilir. İş prosesində istifadə olunan bıçaqlar 80 dərəcəlik su qurğusunda isti suda dizenfeksiya edilir. Bıçaqlar hər dəfə ətə dəyəndən sonra bu qayda tətbiq edilir. Kəsimdən sonra ət soyuması üçün, təqribən, 1 saat qalır, sonra 0-4 dərəcədə soyudulması üçün soyuducuya yerləşdirilir. Məhsul istifadəyə göndərilməmişdən əvvəl onun temperaturu yoxlanılır və həkim arayışı ilə istifadəçiyə göndərilir. Müəssisəmizdə eyni zamanda, azotlu və azotsuz vakuum qablaşdırma həyata keçirilir. Ardınca hazır məhsulmarketlərə tədarük edilir. Ətinçatdırılmasına da hər gün səhər saatlarından başlanılır", - B.İsmayılov bildirir.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq XidmətininBakı Şəhər Baytarlıq İdarəsinin müəssisəyə təhkim etdiyi baytar həkimi Mədət Qocayev isə deyir ki, kəsim məntəqəsinə heyvanlar sağlam təsərrüfatlardan qəbul edilir: "Bunun üçün heyvanlar "Forma 1" adlanan sənədlə qəbuledilir. Həmin sənəddə heyvanınhansı təsərrüfatdan gətirildiyi və hansı profilaktik tədbirlərin görüldüyü qeyd edilir. Heyvanlara bir sutka dincəlmə vaxtı verilir. Kəsimdən sonra kliniki baxış keçirilir. Ətin temperaturuyoxlanılır. Əgər hər hansı nöqsanlı hal olsa, dərhal nəzarətə götürülür, lazımı müayinələr edilir. Həmçininkəsimdən sonra heyvanın dilindən çənə altına, daxili orqanlarına da - ağ ciyərə, qara ciyərə vəbütün cəmdəyə baxış keçirilir. Şübhəli hal qeyd olunsa, dərhal nümünə götürülür, laboratoriyada mikroskopik və bakterioloji müayinələrdən keçirilir. İlk növbədə, infeksion xəstəliklərin olub-olmadığı müayinə edilir. Mütləq qara yaranı yoxlayırıq. Hər hansı insan orqanizmi üçün infeksiyaların olub-olmadığını müayinə edirik".