Gənc oğlan özünü asdı


Digərləri 21 May 2018 11:22:00 231 0

Gənc oğlan özünü asdı

İsmayıllı rayonunda intihar hadisəsi baş verib.

Son.az APA-ya istinadən xəbər verir ki, 1990-cı il təvəllüdlü Minikov Sergey İvanoviç yaşadığı evin həyətindəki ağacdan özünü kəndirlə asaraq intihar edib.

Evli olan Sergey Minikovun özünə qəsd etməsinin səbəbi məlum deyil. Onun meyiti müayinə üçün Respublika Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin İsmayıllı rayon şöbəsinə aparılıb.  

Faktla bağlı İsmayıllı Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.