Atəşkəsin Naxçıvanda pozulması təsadüfi deyildi


Siyasət 21 May 2018 11:13:00 194 0

Atəşkəsin Naxçıvanda pozulması təsadüfi deyildi

Naxçıvan istqamətində uzun müddət şəhid verməmişdik. Azərbaycan prezidenti Naxçıvana səfər edərək Ermənistanın ünvanına xəbərdaredici açıqlama verib geri qayıtdıqdan sonra Naxçıvanda şəhid verdik. Bu təsadüfi deyil.

Son.az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi ekspert Elxan Şahinoğlu bildirib.

Azərbaycan hərbçisi şəhid oldu Politoloqun fikrincə, bu, əvvəlcədən planlaşdırılmış təxribat idi və onun cavabı onqat verilməlidir: "Görünür, prezident İlham Əliyevin Naxçıvandakı açıqlamasına bu şəkildə "reaksiya" verdilər. Özü də bu, o zaman baş verdi ki, İlham Əliyevdən sonra Ermənistanın güc nazirləri Naxçıvanla sərhəddə baxış həyata keçirdilər. Demək, təxribatı əvvəlcədən planlaşdırıblar. Bu, Ermənistanın yeni hakimiyyətindən Azərbaycana verilən ilk "mesaj" idi. Doğrudur, cavabını dərhal aldılar, ancaq bu cavab birə-bir olmamalıdır, vaxtilə müdafiə naziri Zakir Həsənovun dediyi kimi bir şəhidimizin qarşlığında onlarla düşmən hərbçisi neytrallaşdırılmalıdır. Növbə bizimdir. Bu dəfə Azərbaycan ordusu cəbhə bölgəsindən Nikol Paşinyana "mesaj" yollamalıdır".

İlkin İzzət Son.az