Ermənistan "Tor" qurur VİDEO FOTO


Dünya 21 May 2018 11:17:00 213 0

Ermənistan "Tor" qurur  VİDEO  FOTO

Rusiya yaxın vaxtlardla Ermənistana "Tor zenit-raket sistemlərini (ZRK) verəcək.

ZRK-lar yaxın aylarda Ermənistanda olacaq.

Ermənistanın Hava Hücumundan Müdafiə Qüvvələrinin rəis müavini, polkovnik Artur Poqosyan "Tor" ZRK-nın imkanlarından bəhs edib: ""Tor" müasir zenit-raket kompleksidir və şəxsi heyətin iştirakı olmadan istənilən spektrdə hava hücumu ilə, o cümlədən yüksək dəqiqliyi olan raketlərlə mübarizə apara bilər".

Ermənistanın yeni baş naziri Nikol Paşinyan mayın ortalarında Soçi şəhərində Rusiya prezidenti Vladimir Putinlə görüşüb. Görüş əsnasında Paşinyan "Rusiya ilə hərbi-texniki sahədə də əməkdaşlığın inkişafına ümid edirəm" söyləmişdi.

Ötən ilin payızında Ermənistanın o dönəmdəki prezidenti Serj Sarqsyan ölkədə Rusiya istehsalı olan "İsgəndər" raket komplekslərinin yerləşdirildiyini demişdi.


Xəbərə aid fotolar