Sahil Babayev: "Qeyriqanuni məşğulluğun aradan qaldırılması üzrə işlər davam etdiriləcək"


Digərləri 21 May 2018 11:06:42 305 0

Sahil Babayev: "Qeyriqanuni məşğulluğun aradan qaldırılması üzrə işlər davam etdiriləcək"

Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qeyri-qanuni məşğulluğun aradan qaldırılması və ölkə əhalisinin sosial rifahının daha da yaxşılaşdırılması üzrə işləri davam etdirəcək.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev "Dayanıqlı İnkişaf Məqsədlərinə doğru: davamlı inkişafın və layiqli həyatın təbliği" mövzusunda keçirilən konfransda deyib.

Nazir qeyd edib ki, Azərbaycan ötən illər ərzində məşğullun təmin olunması və əhalinin sosial rifahının yaxşılaşdırılmasında mühüm uğurlar əldə edib. Qısa müddət ərzində Azərbaycan yoxsulluğun və işsizliyin səviyyəsini azaltmağı və əməkhaqlarını artırmağı bacarıb: