Qaradağda “Heydər Əliyev və Azərbaycan mediası” mövzusunda konfrans keçirilib (FOTO)


Digərləri 21 May 2018 11:01:00 203 0

Qaradağda “Heydər Əliyev və Azərbaycan mediası” mövzusunda konfrans keçirilib (FOTO)

Qaradağ rayonundakı Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və Azərbaycan mediası” mövzusunda konfrans və “Qaradağ rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər” fərdi jurnalist yazıları müsabiqəsi qaliblərinin mükafatlandırılması keçirilib.

Bakı. Qaradağ rayonundakı Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və Azərbaycan mediası” mövzusunda konfrans və “Qaradağ rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər” fərdi jurnalist yazıları müsabiqəsi qaliblərinin mükafatlandırılması keçirilib. Qaradağ RİH-dən Trend-ə verilən məlumata görə, Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və Qaradağ Rayon İcra Hakimiyyətinin birgə təşkil etdikləri konfransın iştirakçıları əvvəlcə Heydər Əliyev parkında xalqımızın Ümummilli Liderinin abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər. Heydər Əliyev Mərkəzi ilə tanışlıqdan sonra konfrans öz işinə başlayıb. Tədbiri giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov rayonda aparılan tikinti-quruculuq və abadlıq işləri barədə söz açaraq qeyd edib ki, konfransda 40-dək KİV-in təmsilçiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon İcra Hakimiyyətinin məsul işçiləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak edirlər. Ölkədə mətbuata dövlət qayğısından danışan Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun sədri Vüqar Səfərli rəhbərlik etdiyi qurumun 3 il ərzində reallaşdırdığı layihələr haqqında söhbət açıb.