“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz


Digərləri 21 May 2018 11:07:10 211 0

“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.

Bakı. InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib. Trend həmin məlumatı təqdim edir: EUR Dünya valyuta birjalarında avronun ucuzlaşdığı müşahidə edilir. Artıq yeni həftənin ilk sessiyasında 1.18$-ın altında təklif edilən EUR/USD məzənnəsi, bu səviyyənin altında qaldıqca, 1.1709 və 1.1630$-a kimi də ucuzlaşa bilər. Bununla yanaşı, çərşənbə günü Bakı vaxtı ilə saat 12:00-da açıqlanacaq Avrozonanın sənaye sektoru ilə bağlı fundamental məlumatlar da investorların diqqət mərkəzindədir. GBP GBP/USD məzənnəsinin də ucuzlaşdığı müşahidə edilir. Təhlillərə əsasən, 1.3425$-a kimi ucuzlaşan GBP/USD məzənnəsi 1.3500$-ın altında qaldıqca, eniş dalğasının 1.3370$ və 1.3270$-a kimi də sürətlənməsinə səbəb ola bilər. Çərşənbə günü saat 12:30-da yayımlanacaq İngiltərənin inflyasiyası ilə bağlı önəmli statistik məlumatların da məzənnəyə güclü təsir edə biləcəyi gözlənilir.