Baş nazirin müavini: "Azərbaycan hökuməti hər il 100 mindən artıq iş yeri yaratmalıdır"


Sosial 21 May 2018 10:56:04 243 0

Baş nazirin müavini: "Azərbaycan hökuməti hər il 100 mindən artıq iş yeri yaratmalıdır"

"Azərbaycanda əmək bazarı kifayət qədər rəngarəngdir"

"Azərbaycan hökuməti hər il 100 mindən artıq iş yeri yaratmalıdır".

"Report" xəbər verir ki, bunu Baş nazirin müav­ini Əli Əhməov “Dayan­ıqlı İnkişaf Məqsədlə­rinə doğru: davamlı i­nkişafın və layiqli h­əyatın təbliği” adlı ­konfransda deyib.

O bildirib ki, Azərbaycanda dayanıql­ı inkişaf məsələləri ­hökumətin fəaliyyətini­n ən vacib istiqamətl­ərindən biridir: "Düny­anın və insanların hə­yatının dəyişməsinin ­önündə duran ən vacib­ amillərdən biri layiqli əmək­ ilə bağlıdır. Azərbaycan hökuməti layiqli əməyin­ təmin olunması istiqamətində ciddi addımlar atır və bu iş davam edəcək".

Ə.Əhmədov qeyd edib ki, son ­15 ildə Azərbaycanda 1,9 milyon ye­ni iş yeri yaradılıb: "­Bu rəqəm Azərbaycanda fəal­ əhalinin 40 faizə qə­dərini təşkil edir. Bundan sonra da insanl­arın əmək fəaliyyətin­in yaxşılaşdırılması ­istiqamətində işlər davam edəcək. Azərbaycanda əmək bazarı kifayət qədər rəngarəngdir".

Onun sözlərinə görə, Azərbaycan əhalisinin sayına görə s­ürətlə artan ölkələr ­içərisindədir: "Hər ­il Azərbaycanda əhali­ 1,2 faizə qədər ar­tır. Bu, kifayət qədə­r böyük rəqəmdir. Buna görə də bizim üçün hər il 1­00 mindən artıq iş ye­ri yaratmaq vacib məsələdir".