Balakəndə 60 tütünqurutma kamerasının quraşdırılması 3 mln. manata başa gələcək


İqtisadiyyat 21 May 2018 10:46:47 290 0

Balakəndə 60 tütünqurutma kamerasının quraşdırılması 3 mln. manata başa gələcək

Azərbaycan Sənaye Korporasiyası bu məqsədlə keçirdiyi açıq tenderin qalibini elan edib

“Azərbaycan Sənaye Korporasiyası” ASC Balakən rayonunda 60 tütünqurutma kamerasının quraşdırılması ilə bağlı keçirdiyi açıq tenderin qalibini elan edib.

“Report” xəbər verir ki, qalib şirkət “Fayton LTD” MMM olub.

Şirkətlə 2 880 852 manatlıq müqavilə bağlanılıb.