Azərbaycanda avronun məzənnəsi 5 aylıq fasilədən sonra 2 manatdan aşağı düşüb


İqtisadiyyat 21 May 2018 10:09:14 244 0

Azərbaycanda avronun məzənnəsi 5 aylıq fasilədən sonra 2 manatdan aşağı düşüb

Ötən il dekabrın 18-də 1 avro 1,9994 manata bərabər olub

Azərbaycanda avronun məzənnəsi ötən il dekabrın 18-dən bəri ilk dəfə 2 manatdan aşağı düşərək 1,9978 manata bərabər olub.

"Report" bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Xatırladaq ki, 5 ay bundan əvvəl AZN/EUR nisbəti 1,9994 manat təşkil edib. Məzənnənin bundan əvvəl ən aşağı həddi isə ötən il noyabrın 22-də - 1,9963 manat olmaqla qeydə alınıb.