Əfv üçün müraciət edənlərin siyahısı Prezidentə təqdim edilib


Siyasət 21 May 2018 10:27:00 233 0

Əfv üçün müraciət edənlərin siyahısı Prezidentə təqdim edilib

Dövlət başçısının yaxın günlərdə əfv sərəncamı imzalayacağı gözlənilir

Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclaslarında müraciətlərinə müsbət rəy verilən məhbusların siyahısı Prezident İlham Əliyevə təqdim olunub.

“Report”un mlumatına görə, tövsiyə xarakterli siyahıda 1100 məhbusun adı yer alıb.

Dövlət başçısının yaxın günlərdə əfv sərəncamı imzalayacağı gözlənilir.