Samir Abasov: "Reabilitasiya mərkəzinə çevrilmiş komandada nəsə etmək olmur"


İdman 21 May 2018 10:00:00 281 0

Samir Abasov: "Reabilitasiya mərkəzinə çevrilmiş komandada nəsə etmək olmur"

Topaz Premyer Liqasının son turunda evdə Zirə-yə uduzaraq (1:2) Avropa Liqasından kənarda qalan Sumqayıt-ın baş məşqçisi Samir Abasov oyunsonrası mətbuat konfransında fikirlərini bildirib. 

Goal.az xəbər verir ki, Abasov bu matçın Sumqayıt-ın "sükanı arxasında" son oyunu olduğunu deyib:

"Bəlkə də oyuna çox köklənməyimiz bizə mane oldu. Zirə-nin əvəzetmələri yaxşı alındı. Biz isə görə-görə ki, oyunçular çökür, heç nə edə bilmirdik. Çünki ehtiyatda lazımı səviyyədə oyunçu yoxdur. Əlinin papağını Vəlinin başına qoymaqla məşğul idik. Bu, "Sumqayıt"da son oyunum idim. Komandada nəyisə dəyişəcəyimə ümid etmirəm. Neçə ildi komandanı yaxşılaşdırmağa çalışdıq. Gələ bildiyimiz nöqtə budur. Artıq bura mənim üçün deyil. Reabilitasiya mərkəzinə çevrilmiş komandada nəsə etmək olmur. Getmək vaxtıdır. Avropa Liqasına çıxmadığımız üçün legionerlər də olmayacaq".