Bayıldakı son sürüşmədən sonra 16 mərtəbəli binaya bitişik binada da çökmə yarandı (ÖZƏL)


Digərləri 21 May 2018 10:03:00 222 0

Bayıldakı son sürüşmədən sonra 16 mərtəbəli binaya bitişik binada da çökmə yarandı (ÖZƏL)

Bayıldakı son sürüşmədən sonra 16 mərtəbəli binaya bitişik binada da çökmə yaranıb.

Bakı. İlhamə İsabalayeva - Bakının Səbail rayonunun Bayıl qəsəbəsinin Buxta küçəsi, 9 ünvanında sürüşmə prosesindən sonra İbrahim Məmmədov, 2-A küçəsində yerləşən 16 mərtəbəli binaya bitişik köməkçi binada çökmə prosesi yaranıb. Bunu özəl olaraq Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib. Onun sözlərinə görə, həmin köməkçi binanın sütunlarından biri təxminən 20 sm çöküb.