Cinayət törətməkdə şübhəli bilinən 74 nəfər saxlanıldı


Digərləri 21 May 2018 09:51:00 249 0

Cinayət törətməkdə şübhəli bilinən 74 nəfər saxlanıldı

Respublikanın daxili işlər orqanları tərəfindən iki gün ərzində 212 cinayət faktı qeydə alınıb, onların da 47-i "isti izlər"lə açılıb.

Son.az-a DİN Mətbuat Xidmətindən verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 18 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 24, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 2, borclu şəxs qismində axtarışda olan 14 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 11 nəfər xəsarət alıb.