İsveçdə naməlum şəxslər məscidi yandırıb


Dünya 21 May 2018 08:50:00 227 0

İsveçdə naməlum şəxslər məscidi yandırıb

Naməlum şəxslər İsveçin cənubundakı Hesselholm şəhərində məscidi yandırıblar.

Son.az "Report"a istinadən bildirir ki, bu barədə İsveç Dövlət Radiosu - "SR" məlumat yayıb.

Məlumata görə, hadisə nəticəsində binaya ciddi ziyan dəyib. Yanğınsöndürənlər qısa müddətdə alovu lokallaşdırıblar. İslam Mədəniyyət Assosiasiyasının nəzdində fəaliyyət göstərən məscid 200 nəfərlik üçün nəzərdə tutulub.