Marseldə vağzalda saxlanılan şəxs Bolqarıstan vətəndaşısıdır


Dünya 21 May 2018 08:53:00 236 0

Marseldə vağzalda saxlanılan şəxs Bolqarıstan vətəndaşısıdır

Ötən gün Marseldə dəmiryolu vağzalında Fransa polisləri tərəfindən saxlanılan şəxs Bolqarıstan vətəndaşıdır.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Marsel şəhərinin prokuroru Ksavye Tarabo "Agence France-Presse" agentliyinə bildirib.

Saxlanılan şəxs adını bildirməyib və onun üzərində sənədlər olmayıb. Buna baxmayaraq Fransa polisi onun kimliyini müəyyən edə bilib. Məlum olub ki, saxlanılan şəxs 48 yaşlı Bolqarıstan vətəndaşıdır.