Hindistanda partlayış: 6 polis həlak olub


Dünya 21 May 2018 08:58:00 180 0

Hindistanda partlayış: 6 polis həlak olub

Hindistanın şərqində Maoçu üsyançılar tərəfindən yol kənarına yerləşdirilən bomba partlayıb.

Son.az "Report"a istinadən bildirir ki, bu barədə "Anadolu" agentliyi yerli mətbuata istinadən məlumat yayıb.

Məlumata görə, hadisə Çattisqarx əyalətində, Dantevada ərazisində baş verib. Partlayış nəticəsində 6 polis əməkdaşı həlak olub, daha 1 nəfər yaralanıb.