Yeni NeoChef təqdim olundu


Digərləri 21 May 2018 08:46:00 206 0

Yeni NeoChef təqdim olundu

Unikal dizayn və ağıllı çevirici texnologiyası ilə, LG-nin yüksək göstəricili mikrodalğalı sobası istifadəni asanlaşdıran bir çox funksiya təqdim edir.

Kiçik minimalist toxunuşlarla bəzədilmiş, istifadəçiyə rahatlıq verən dizaynı ilə LG Electronics -in LG Neochef modeli kulinariya və mikrodalğalı soba anlayışnı yeni bir səviyyəyə çatdırır. Ən son dizayn trendlərinin tətbiq olunduğu soba həm minimalistik, həm də əlçatandır. O istənilən mətbəxə premium görüntü qatır.

Son.az technote.az-a istinadən bildirir ki, ələ yatımlı istifadəsi olan NeoChef -in idarə sistemi və sadələşdirilmiş interfeysi əməliyyatların sürətləndirilməsinə imkan yaradır. Eyni zamanda "Anti-Bacterial EasyClean" (Anti-Bakterial asan təmizləmə) kimi gigieyna qoruyan xüsusiyyətləri ilə istifadəçilərin sobalarını təmiz saxlamalarına imkan yaradır. Eleqant LG NeoChef -in bütöv şüşə ilə örtülmüş qapağında parçaların birləşdiyi nöqtələrdə kobud aralıqlar yoxdur. Bu sadə və parlaq görüntü və mat eksteryer NeoChef -in istənilən mətbəxə uyğun görünməsinə imkan yaradır. Neochef -in bütöv şüşə parçası və metal hissələrinin yaratdığı incə kontrast ona eleqant görüntü verir. Erqonomik şəkildə dizayn edilmiş cibformalı qulp və düymələr porsiyası istifadəçilərin mütləq razılığı və dəqiqliyi üçün hesablanıb. NeoChef, istifadəyə rahatlıq gətirən xüsusiyyətlərini, əməliyyatları sadələşdirən sürüşdürməli sensor idarə sistemi ilə genişləndirir.     LG -nin xüsusi Smart Çeviricisi ilə NeoChef -in bişirməyi bacarmayacağı heç bir şey yoxdur. 300 -dən 1.200 wata qədər güc aralığından istifadə edərək bişirmə və ya don-açma proseslərini yerinə yetirən SmartInverter bütün qida maddələrini və ləzzəti qoruyur. Smart Inverter həm də öz 1200 watt güc göstəricisi ilə adi sobalardan çox daha sürətli bişirə bilir.

Əlavə olaraq NeoChef şokolad və pendir kimi inqredientləri əridə bilir və əvvəlcədən qeyd olunmuş tənzimləmələri əsasında xüsusi təamlar hazırlaya bilir. LG -nin inkişaf etmiş sobası hətta sağlam laktobakil yoqurtları bir çox yoqurt hazırlayanlardan daha tez ərsəyə gətirir. Sobanın sağlam qızartma xüsusiyyəti hətta hər bir yeməyin öz dadını qoruyur və onları 72 faiz az yağlı edərək daha sağlam təamlar bişirir.