Elon Maska enerjisi bitməyən "iPhone X" hədiyyə olundu


Digərləri 21 May 2018 08:31:00 233 0

Elon Maska enerjisi bitməyən "iPhone X" hədiyyə olundu

Rusiyanın "Caviar" brendi istənilən işıq mənbəyindən qidalanan "iPhone X" istehsal edib.

Son.az lent.az-a istinadən xəbər verir ki, unikal qacetin ilk modeli "Tesla" və "SpaseX" şirkətlərinin sahibi Elon Maska göndəriləcək.

Doldurulma tələb etməyən smartfonun üzərində "Caviar" mühəndisləri yarım il işləyiblər. Qurğu zərbəyə davamlı örtük və qızıl dekorativ elementlərdən düzəldilən enerjidoldurma indikatoru ilə təchiz edilib.  Telefonu satışa buraxmaq üçün onun üzərində yüzlərlə test aparılıb və bütün sınaqlardan üzüağ çıxıb. Bu, "iPhone X"-in təkmil variantı sayılır.