Bakıda orta yaşlı kişini avtomobil vurub


Digərləri 21 May 2018 08:10:00 195 0

Bakıda orta yaşlı kişini avtomobil vurub

Bakının Nərimanov rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Son.az "Report"a istinadən bildirir ki, keçmiş "Çapayev" kimi tanınan ərazidə yolu keçmək istəyən 1985-ci il təvəllüdlü Mirvələdov Müşfiq Bilal oğlunu "Toyota" markalı avtomobil vurub.

Nəticədə o, ağır xəsarət alıb. Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.