3 miyon Facebook istifadəçisinin məlumatları açıq mənbə kimi saxlanılıb


Digərləri 21 May 2018 08:15:00 294 0

3 miyon Facebook istifadəçisinin məlumatları açıq mənbə kimi saxlanılıb

3 milyon Facebook istifadəçisinin özəl məlumatları 4 il ərzində açıq mənbə kimi saxlanılıb. Bu barədə New Scientist saytı xəbər verib. Bunun əsas səbəbkarı isə Kembric Universitetinin mütəxəssisləri tərəfindən hazırlanmış myPersonality tətbiqi olub. Qeyd etmək lazımdır ki, bu tətbiq psixoloji testlərin keçirilməsi üçün nəzərdə tutulmuşdur.

Son.az technote.az-a istinadən bildirir ki, myPersonality psixoloji test nəticələri ilə birlikdə istifadəçilərin özəl məlumatlarını da yığıb. Tətbiq vaitəsilə aparılmış tədqiqatların anonim şəkildə aparılmasının lazım olduğu halda tətbiqin təhlükəsizlik üsulları o qədər aşağı səviyyədə olub ki, layihədə iştirak etmiş şəxslərin əsl adlarını müəyyən etmək heç də çətin olmazdı.