WiFila qatarlara nəzarəti ələ keçirmək olar


Digərləri 21 May 2018 07:51:00 277 0

WiFila qatarlara nəzarəti ələ keçirmək olar

"Pen Test Partners" şirkətinin təhlükəsizlik üzrə tədqiqatçıları hakerlərin qatarın "Wi-Fi" şəbəkəsinə müdaxilə etməklə onun idarəetməsini ələ keçirəcəklərini müəyyənləşdiriblər. Bu barədə ekspertlərin bloqunda deyilir.   Son.az ICTnews-a istinadən bildirir ki, təhlükə onunla əlaqədardır ki, bir sıra dəmir yolu şirkətlərində sərnişinlər və dəmir yolu əməkdaşları üçün simsiz şəbəkələr arasında bölünmə yoxdur. Bu isə o deməkdir ki, ictimai "Wi-Fi" şəbəkəsinə müdaxilə zamanı hakerlər qatarın idarəetməsini ələ keçirə bilərlər.   Bundan başqa, mütəxəssislər simsiz şəbəkə istifadəçilərinin fərdi məlumatlarını, o cümlədən bank kartları haqqında informasiyanı (sərnişinlər Wi-Fi şəbəkəsindən istifadəyə görə ödəniş etdikləri halda) əldə ediblər.     Tədqiqatçıların fikrincə, boşluğun aradan qaldırılması üçün ilk növbədə xüsusi alətlər vasitəsilə sərnişin şəbəkəsini dəmir yolu əməkdaşları üçün şəbəkələrdən ayırmaq lazımdır. Bundan əlavə, hakerlərin avadanlığa fiziki çıxışı olmamalı, proqram təminatı isə mütəmadi yenilənməlidir.   Bununla yanaşı, boşluğun hansı şirkətdə aşkarlanması barədə məlumat verilmir.