Lombard sahibi vətəndaşların qızıllarını qaytarmır ŞİKAYƏT VİDEO


Kriminal 20 May 2018 23:48:00 314 0

Lombard sahibi vətəndaşların qızıllarını qaytarmır  ŞİKAYƏT  VİDEO

Sumqayıtda 45-dən çox müştəri lombarda qoyduqları qızıllarını geri ala bilmirlər.

Son.az bildirir ki, onlar pul müqabilində lombarda qoyduqları qızlları geri almaqda çətinliklə üzləşiblər. Vətəndaşlar Zaur Məmmədov adlı lombard sahibinin dələduzluğu ilə qarşılaşdıqlarını iddia edirlər.

Şikayətçilər deyir ki, bir neçə ay əvvəl Sumqayıtda fəaliyyət göstərən lombard vətəndaşların qızllarını aşağı faizlə alaraq onlara külli miqdarda ziyan vurub. Ayrı-ayrı vətəndaşların qızıllarını bu yolla ələ keçirən lombardın sahibi Zaur Məmmdov bir müddətdir ki, işlədiyi ofisi bağlayaraq yoxa çıxıb. Vətəndaşların iddiasına görə, onlardan qızılı alıb, pulu verən Zaur Məmmdovla əlaqə saxlamaq olmur.

Onun bu əməli sayəsində vətəndaşlara ümumilikdə 150 min manata yaxın ziyan dəyib.