Müəllimdən nümunəvi addım VİDEO


Digərləri 20 May 2018 23:30:00 304 0

Müəllimdən nümunəvi addım  VİDEO

Goranboyun Qazaxlar kənd orta məktəbində "Gənclərin çağırışaqədərki hazırlığı" fənnini tədris edən Qoşqar Qarayev bataqlıq, kol-kos tutmuş ərazini öz əlləri ilə təmizləyərək parka çevirib.

Son.az bildirir ki, iki illik zəhmət nəticəsində kənd ərazisinidə mini park meydana gəlib.

Qoşqar Qarayev öz zəhməti hesabına ərazini tam yararlı hala gətirdikdən sonra bura 8 min müxtəlif gül tingləri basdırıb. Həmçinin ərazidə 14 metr hündürlüyü olan bayraq dirəyi quraşdırıb.

Yerli sakinlərin, kəndə gələn qonaqların istirahət məkanına çevrilən mini park pulsuz olaraq fəaliyyət göstərir. Həm yaşlı, həm də gənc nəslin nümayəndələri bu məkana gələrək, güllərin ətirindən, quşların cəh-cəhindən həzz alırlar.