Lotereyada 4 milyona yaxın dolları iki nəfər udub


Digərləri 20 May 2018 23:34:00 270 0

Lotereyada 4 milyona yaxın dolları iki nəfər udub

Kanadada "Atlantic Lottery" assosiasiyasının keçirdiyi "6/49" milli lotereyasında iki kanadalı 5 milyon kanada dolları (4 milyona yaxın ABŞ dolları) udub.

Son.az Trend-ə istinadən bildirir ki, qalib olan iki nəfər uduşu aralarında bölməli olacaqlar. Uduşlu biletlər Kanadanın Manitobe, Sakaçevan və Alberte əyalətlərində satılıb.

Ənənəvi "təsəlliverici uduşu" Ontario əyalətinin sakini qazanıb (780 min ABŞ dolları).