Onun əşyalarına toxunanlar ölür Məşhur alimin dəfnində ortaya çıxan DƏHŞƏT


Digərləri 20 May 2018 23:16:00 344 0

Onun əşyalarına toxunanlar ölür  Məşhur alimin dəfnində ortaya çıxan DƏHŞƏT

Mariya Kürinin dünya elminə bəxş etdiyi töhfələr hər kəsə məlumdur. О, bütün həyatını radioaktivliyin öyrənilməsinə həsr edib. Elmi fəaliyyəti ilə dünya şöhrəti qazanan madam Küri iki dəfə Nobel mükafatına layiq görülsə də, ölümünün əsas səbəbi də peşəsi olub. Kürinin cəsədi Parisdəki Panteonun xüsusi hazırlanmış tabutunda basdırılıb. Bunun da səbəbləri var.

Ümumiyyətlə, Panteon dedikdə, ölkənin məşhur incəsənət, mədəniyyət və siyası xadimlərinin dəfn olunduqları məkan başa düşülür. Parisdəki Panteonda basdırılanlar arasında Volter, Jan-Jak Russo, Viktor Hüqo, Emil Zolya və digər şəxlərin adını çəkmək olar.

Son.az bildirir ki, Panteonda dəfn olunmaq şərəfi yalnız iki qadına nəsib olub. Onlardan biri məşhur fizik Marselen Bertlo ilə eyni vaxtda dünyasını dəyişən arvadı Sofidir. Bu həmçinin dövlətin öz aliminə göstərdiyi hörmətin təcəssümüdür. İkinci xanım isə yazımızın qəhrəmanı Mariyadır ki, o da burda həyat yoldaşı Pyer Küri ilə birgə uyuyur. Bu cütlük 1903-cü ildə birgə fizika üzrə Nobel mükafatına layiq görülüblər.

Madam Küri ömrünü radium və poloniumun tədqiqatına həsr edib. Məhz polonium onun ana vətəni Polşanın şərəfinə adlandırılıb. Təəssüf ki, həmin dövrdə radiasiyanın insan orqanizminə mənfi təsiri haqda heç nə məlum deyildi. Mariya laboratoriyadakı təcrübələr zamanı bəsit qoruyucu vasitələrdən istifadə edirdi.

Mariya Küri sözün həqiqi mənasında elm fədaisidir. Çünki 1934-cü ildə radium və poloniumun orqanizminə göstərdiyi mənfi təsir nəticəsində qan azlığından dünyasını dəyişib. Onun böyük qızı İren Jolio Küri də anasının təcrübələrinin qurbanına çevrilib. O, laboratoriyadakı yüksək şüalanma nəticəsində yoluxduğu leykemiyadan gənc yaşda ölüb.


Xəbərə aid fotolar