Azərbaycanda həvəskar fizik interaktiv elm muzeyi yaratdı VİDEO


Digərləri 20 May 2018 22:58:00 355 0

Azərbaycanda həvəskar fizik interaktiv elm muzeyi yaratdı  VİDEO

Azərbaycanda ilk dəfə interaktiv elm muzeyi yaradılıb. Mühəndis-layihəçi Elçin Abbasov tərəfindən yaradılan muzeydə fizika qanunları əyani şəkildə göstərilir.

Son.az bildirir ki, muzeydə dalğa vasitəsi ilə elektron ötürən ''Tesla '' babini, dronlar və kiçik təyyarələr var.

Həvəskar fizik olan Elçin Abbasovun yaratdığı muzeydə fizika qanunlarını əyani şəkildə göstərən 70-dən çox eksponat sərgilənir.