Xırdalanda yaşayış binasında yanğın olub,


Digərləri 20 May 2018 22:35:00 277 0

Xırdalanda yaşayış binasında yanğın olub,

Xırdalanda yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, Abşeron rayonu, Xırdalan şəhərində altımərtəbəli yaşayış binasının 2-ci mərtəbəsinin dəhlizində quraşdırılmış 36 ədəd elektrik sayğac və 2 p.m elektrik kabeli yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 20 nəfər bina sakini təxliyə olunub. Sayğacların qalan hissəsi və mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.