BƏƏdə investorlar və ixtisaslı mütəxəssislər üçün viza rejimini asanlaşdırıblar


Dünya 20 May 2018 22:22:00 348 0

BƏƏdə investorlar və ixtisaslı mütəxəssislər üçün viza rejimini asanlaşdırıblar

Birləşmiş Ərəb Əmirliklərində investorlar və ixtisaslı mütəxəssislər üçün 10 illik rezident vizaları tətbiq edəcəklər.

Son.az Trend-ə istinadən bildirir ki, bundan əvvəl BƏƏ-də rezident vizalarının müddıti maksimum 3 il təşkil edirdi. Yeni 10 illik rezident vizaları əsasən həkimlər, mühəndis, həmçinin istedadlı tələbə üçün tətbiq ediləcək.

İnvestisiya və ixtisaslı işçilərin cəlb olunması ilə bağlı yeni tədbirlər haqqında öz Twitter səhifəsində BƏƏ-nin baş naziri şeyx Məhəmməd bin Rəşid Əl Məktum yazıb.