Astarada fərdi ev yanıb


Digərləri 20 May 2018 21:15:00 244 0

Astarada fərdi ev yanıb

Astarada yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, yanğın rayonun Rudəkənar kəndində ümumi sahəsi 260 m2 olan evdə baş verib. Nəticədə evin dam örtüyünün 2-ci mərtəbəsinin tavanı 114 m2 sahədə və ev əşyaları qismən yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.