İŞİD Rusiyada kilsəyə silahlı hücuma görə məsuliyyəti öz üzərinə götürüb


Dünya 20 May 2018 21:05:00 292 0

İŞİD Rusiyada kilsəyə silahlı hücuma görə məsuliyyəti öz üzərinə götürüb

İŞİD terror qruplaşması Qroznı şəhərinin mərkəzindəki kilsəyə silahlı hücuma görə məsuliyyəti öz üzərinə götürüb. Son.az APA-ya istinadən bildirir ki, bu barədə qruplaşmanın yaydığı bəyanatda bildirilir.

Qeyd edək ki, mayın 19-da 4 silahlı şəxs dindarları girov götürmək məqsədilə Qroznının mərkəzindəki kilsəyə hücum ediblər. Xüsusi əməliyyat nəticəsində silahlılar məhv edilib. Əməliyyat zamanı 2 polis əməkdaşı və bir dindar həlak olub, daha 2 polis yaralanıb.