Ofis şəraitində işləyənləri hansı xəstəliklər gözləyir?
Digərləri 20 May 2018 20:51:00 355 0
Gün ərzində uzun müddət kompüter qarşısında oturmaq, havasız ofislərdəki isitmə və soyutma sistemləri və hərəkətsizlik xroniki xəstəliklərə səbəb olur.
Son.az bildirir ki, rahat iş şəraiti kimi görünən ofislərdə işləyənlər böyük risk altındadır.
Ofisdə işləyənlərdə bel, boyun, əzələ xəstəlikləri, tromblaşma, göz xəstəlikləri, qan dövranı xəstəlikləri, psixososial problemlər və ağciyər xəstəlikləri kimi insan həyatına mənfi təsir edən xəstəliklər müşahidə edilir.
İlk vaxtlar ağrıkəsicilərlərlə müalicə edilən bu xəstəliklər xroniki xəstəliklərin xəbərçisi ola bilər. Ağrılara qarşı ən yaxşı müalicə düzgün oturma, mütəmadi idman hərəkətləri etməlidirlər.
Bel ağrıları
Uzun müddət oturmaq və hərəkətsiz qalmaq bel əzələlərini zəiflədir, ön və arxa nahiyələrdəki əzələlərin gücünü zəiflədir. Nəticədə, insanlar onurğa əyriliyi, bel düzləşməsi, kirəclənmə, əzələ gərilmələri, bel və boyun "qrijası" kimi xəstəliklərdən şikayətlənirlər.
Ekran xəstəliyi
Son illərin ekran xəstəliyi olaraq adlandırılan (Repetitive Strain İnjury) kompüterlə işləyənlərdə müşahidə edilir. Onlar qol, boyun və kürək ağrılarından əziyyət çəkirlər.
Bunun üçün də oturarkən bel stola toxunmalı və bel əzələlrini qoruyacaq yasdıqdan sitifadə edilməlidir. Oturarkən onurğanın önə və arxaya əyilməsi və ya yanlara bükülməsi yolverilməzdir.