Sən demə, selfi xanımların burnunu BÖYÜDÜR


Digərləri 20 May 2018 19:44:00 310 0

Sən demə, selfi xanımların burnunu BÖYÜDÜR

"Selfi burnu" yeni nəslin əsas problemlərindən birinə çevrilib. Hətta insanlar şelfi çəkərkən burunlarının daha kiçik görünməsi üçün burun əməliyyatlarına maraq göstərirlər.

Son.az xəbər verir ki, bu barədə Rutgers Nyu Cersi Tibb Fakültəsinin üz estetik cərrahı Boris Paskover deyib. Cərrah bildirir ki, əslində həmin insanların burunları şəkildəkindən daha kiçik olur.

"Bunu desək də, insanlar selfi şəkillərində burunlarının daha kiçik görünməsi üçün əməliyyat etdirməkdə israrlı olur. Onlara selfi zamanı burunlarının balaca görünməsi üçün bir selfi çubuğu, yaxşı bir fotoaparat və ya şəkil çəkmək üçün yaxşı bir dost tapmalarını məsləhət görürəm. Əlbəttə, bu məsələdə köhnə bir üsul isə fotoşopu unutmamalıyıq".

2017-ci ildə Amerikanın Plastik və estetik cərrahiyyə akademiyası tərəfindən aparılan anket sorğuya görə plastik cərrahların 50 faizdən çoxu yaxşı bir selfi üçün əməliyyat olunmaq istəyən xəstə qəbul edib.

B.Pakover isə selfi çəkərkən burunun normaldan böyük göründüyünü deyir: