İnsanı evlilikdən soyudan İYRƏNC ADƏTLƏR FOTO
Digərləri 20 May 2018 19:05:00 275 0
Dünyanın bir çox ölkələrində evliliklə bağlı müxtəlif adət-ənənələr mövcuddur. Bununla yanaşı, onlar arasında elə adətlər var ki, insanı evlilikdən soyudur. Gözün gördüyü, qulağın eşitdiyi adətlərdən tamamilə fərqlənən bir neçə məqamı sizin diqqətinizə çatdırırıq.
Son.az evlilik haqqında ən qəribə və insanı küsdürən adətləri təqdim edir:
Hindistan
Hindistanda evlilik prosesində gəlin və bəy müqəddəs ocağın başına fırlanır ki, ömür boyu bir yastığa baş qoysunlar. Heç vaxt ayrılmasınlar. Müqəddəs odun ətrafında 4 dəfə fırlandıqdan sonra bəy və gəlin ocaq ətrafında birinci əyləşmək üçün mübarizə aparır. Adətə görə, ilk kim otursa, ömür boyu həmin ailədə o şəxsin sözü kəsərli olacaq.
Mavritaniya
Burada qızların çəkisi 100 kq olmadığı müddətcə evlənmələrinə icazə verilmir. Evlilik üçün namizəd seçildikdən sonra oğlan evi qız evinə bazarlıq edir. Oğlanın anası, xalaları, bibiləri, bacıları daim gəlin namizədinin qidalanmasına diqqət edir. Gəlin namizədi 100 kq olduqdan sonra isə toy olur. Gəlin yeməkdən imtina edərsə, ata evi onu müxtəlif üsullarla cəzalandırır.
Vikinqlər
Vikinqlərdə evlilik qumara bənzəyir. Burada oğlan evi ilə qız evi gəlin namizədin üzərindən pul qazanır. Əvvəl qızın atası öz qızına qiymət biçir, daha sonra isə oğlan evi bu qiymət üzərində yavaş-yavaş məbləği qaldırır. Hərrac isə qızın anasının dur dediyi məbləğdə bitir.
Kolumbiya
Kolumbiyada toy günü qız anası ilk gecəyə şahidlik edir. Buna etiraz edildiyi zaman evlilik baş tuta bilməz.